Ordumuzun döyüşlərdə istifadə etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selcuk Bayraktar Azərbaycana növbəti dəfə dəstək nümayiş etdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Selcuk Bayraktar özünün "İnstagram" səhifəsində Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasına reaksiyasını ifadə edib.
“Şükürlər olsun, 28 illik həsrəti ana Vətəninə qovuşduran Rəbbimizə”-, deyə yazan Selcuk Bayraktar Şuşanın qala divarlarına Azərbaycanın üçrəngli bayrağının taxıldığını əks etdirən foto da paylaşıb.