Almaniyanın “Berliner Zeitung” qəzetində “Azərbaycan: ərazisi işğala məruz qalmış ölkə” adlı məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi hazırda Frankfurt Sülh Araşdırmaları İnstitutunda elmi araşdırma aparan ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayevdir.
Müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsinin yaranması və inkişaf dinamikasını təhlil edir. O, problemin yalnız etnik münaqişə kimi təqdim olunmasını tənqid edir. Bildirir ki, bu münaqişə, ilk növbədə, Ermənistanın təcavüzü nəticəsində meydana gəlmişdir və beynəlxalq sülhü, təhlükəsizliyi təhdid edən bir münaqişədir.
Xatırladaq ki, bu günlərdə Frankfurt Sülh Araşdırmaları İnstitutunun nəşri A.Babayevin “Dağlıq Qarabağ: İkinci Ermənistan-Azərbaycan müharibəsi niyə baş verdi?” adlı məqaləsini də dərc edib.