NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Rumıniyanın qabaqcıl KİV-ləri, o cümlədən “News24hours” xəbər portalı Azərbaycanın tarixi Şuşa şəhərinin işğaldan azad olunması barədə məlumat verib.
Məlumatda qeyd olunur ki, Dağlıq Qarabağın əsas şəhəri olan Şuşanın erməni işğalından azad olunması barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib. Şuşa uğrunda döyüşlərin Azərbaycan xalqının tarixi qələbəsi olduğu bildirilib. Şuşa şəhərinin 28 il erməni işğalı altında olduqdan sonra nəhayət ki, azad olunması vurğulanıb.