Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir - Metyu Brayza

A- A A+

Azərbaycanın Şuşanı azad etməsi, yəqin ki, Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir.

Bunu NUHÇIXAN İnformasiya Agentliyinə ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, Şuşanın azad edilməsi nəticəsində Azərbaycan hərbi baxımdan Xankəndi üzərində yüksəkliklərə, eləcə də Ermənistanla Xankəndi arasında keçən həyati əhəmiyyətli yola nəzarət edir:

“Beləliklə, demək olar ki, hərbi mərhələ başa çatıb. Yəqin ki, erməni tərəfi partizan müharibəsi aparacaq, amma yaxşı olar ki, onlar təslim olsunlar və əsgərlərinin həyatını qorusunlar, danışıqlar masasına və münaqişənin siyasi tənzimlənməsinə qayıtsınlar. Bütün müharibə boyunca Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bildirib ki, Azərbaycan dinc erməni sakinlərini düşmən olaraq görmür və əgər onlar istəyirsə, öz evlərinə qayıdan azərbaycanlılarla birgə yaşaya bilər. Mən bu yanaşmanı üstün siyasi liderliyin təzahürü kimi görürəm. Ümid edirəm ki, Azərbaycan öz qələbəsini möhkəmləndirəcək və daha sonra Ermənistan atəşi dayandıracağı təqdirdə, hərbi əməliyyatları dayandıracaq və bu münaqişənin birdəfəlik həllinə nail olacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: