Abdullah Gül Prezident İlham Əliyevə təbrik məktubu göndərib

A- A A+

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məktubda deyilir:

"Hörmətli Prezident, əziz qardaşım,

Qardaş Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu. Azərbaycan xalqının və ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində cəbhədə qazandığınız uğurlardan böyük məmnunluq və qürur hissi duyuram.

Zati-alinizin müdrik rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan azad edilməsinin və bu həsrətin sona çatmasının yaxın olduğuna inamım qətidir.

Əziz qardaşım, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularımı çatdırır, Ermənistanla müharibədə şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: