KuwaitTimes: Azərbaycan silahlı qüvvələri Qarabağın əsas şəhəri olan Şuşanı azad etdi

A- A A+

Küveytin ingilis dilli “KuwaitTimes” qəzetində “Azərbaycan silahlı qüvvələri Qarabağın əsas şəhəri olan Şuşanı azad etdi” başlıqlı məqalə dərc olunub.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, məqalədə Bakı şəhərindən insanların Şuşa şəhərinin azad olunması ilə bağlı sevinclərini əks etdirən fotoşəkil yer alıb.

Bildirilib ki, bazar günü televiziya ilə xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev şəhərin azad edildiyini elan edib və 8 noyabrı "Şuşaya qayıtdığımız" gün kimi "Azərbaycan xalqının tarixinə düşəcəyini" söyləyib. “Qurtuluş yürüşümüz davam edir. İşğal olunmuş ərazilər tamamilə azad olunana qədər sona qədər gedəcəyik”, - deyə Prezident İlham Əliyevin sözləri qeyd olunub.

Vurğulanıb ki, şəhərin azad olunması 90-cı illərdə Azərbaycanın nəzarətindən çıxan Dağlıq Qarabağ üzərində tam üstünlüyə nail olması deməkdir. Alınmaz qala olan Şuşa Dağlıq Qarabağın əsas şəhəri Xankəndindən 15 kilometrlik məsafədə, separatçılara dəstək olan Ermənistan ərazisinə gedən əsas yolda yerləşir.

Bayraq dalğalandıran azərbaycanlılar Prezident İlham Əliyevin açıqlamasından sonra qələbəni qeyd etmək üçün paytaxt Bakının küçələrinə çıxıblar.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: