Ermənistanda etirazçılar arasında çaxnaşma başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi “SputnikArmenia”ya istinadən xəbər verir ki, parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfər döyülüb.
Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edir.
Onlar Baş nazir Nikol Paşinyandan istefa verməyi tələb edirlər.