Bəyanatın şərtlərini və təslim olduğumuzu mətbuatdan öyrəndim - Ermənistan prezidenti

A- A A+

Mətbuatdan öyrəndim ki, Qarabağ müharibəsinin sona çatması ilə bağlı Rusiya və Azərbaycan prezidentləri ilə bəyannamə imzalanıb. Bəyanatın şərtlərini və təslim olduğumuzu mətbuatdan öyrəndim.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ermənistanın prezidenti Armen Sarksyan deyib.

Onun sözlərinə görə, Prezident olaraq, təəssüf ki, bu sənədlə bağlı mənimlə heç bir məsləhətləşmə və müzakirə aparılmadı, heç bir görüşdə iştirak etmədim:

"Qarabağ probleminin həlli dövlət əhəmiyyətli bir məsələdir. Ermənistanın, Artsaxın və bütün erməni xalqının həyati təhlükəsizlik maraqları və hüquqları ilə əlaqəli hər bir addım, hərəkət, hər hansı bir qərar, xüsusən sənədin imzalanması geniş məsləhətləşmələr və müzakirələrin mövzusu olmalıdır.

Artsaxın və buna görə də erməni xalqının taleyinin yalnız milli maraqlarımız nəzərə alınmaqla və yalnız milli konsensus əsasında həll oluna biləcəyini vurğulayıram.

Mövcud vəziyyətlə şərtlənən geniş ictimaiyyətin dərin narahatlıqlarını nəzərə alaraq, dərhal milli maraqların qorunması üçün gündəmimizdən irəli gələn həlləri əlaqələndirmək üçün siyasi məsləhətləşmələrə başlayıram.

Prezident olaraq milli qorumanın bu vacib anında milli birliyin formalaşmasını bugünkü vəzifəm kimi görürəm. Ümid edirəm on gün ərzində hamımız belə bir birlik qura bilərik".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: