“Svobodnaya pressa”: Azərbaycan 28 il bundan əvvəl itirdiyi torpaqların, demək olar ki, hamısını özünə qaytara bildi

A- A A+

Biz Rusiya, Azərbaycan və Türkiyənin iştirakı ilə oynanılan möhtəşəm geosiyasi şahmat partiyasının “endşpil”ini (almanca: “oyunun sonu”) müşahidə edirik. Bununla belə, tərəflərin heç biri ziyan görmədi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hərbi publisist Vladislav Şurıgin bu barədə “Svobodnaya pressa” internet nəşrində yazıb.

Məqalədə qeyd olunduğu kimi, Azərbaycan 28 il bundan əvvəl itirdiyi torpaqların, demək olar ki, hamısını özünə qaytarmağa, beynəlxalq arenada güclü hərbi dövlət kimi möhkəmlənməyə, keçmiş SSRİ ölkələrinin reytinqində ən inkişaf etmiş və müstəqil respublika kimi yüksək mövqe tutmağa nail olub. Bununla yanaşı, Prezident İlham Əliyev atəşkəs və sülhməramlıların yerləşdirilməsi barədə bəyanatı imzalamaqla müharibəni vaxtında dayandırmağı bacaran müdrik və uzaqgörən siyasətçi şöhrətini qazandı. Bundan sonra o, Azərbaycan tarixinin siyasi Olimpində atası Heydər Əliyevlə bərabərləşdi.

Müəllifin fikrincə, Rusiya təqribən 30 il ərzində böyük regional münaqişəyə, demək olar ki, bütün Qafqaz ölkələrinin iştirakı ilə nəzarətsiz müharibəyə çevrilə biləcək “Qarabağ minası”nı zərərsizləşdirdi.

Azərbaycanın strateji müttəfiqi kimi çıxış edən, ona bütün səviyyələrdə hərbi və diplomatik dəstək verən Türkiyə bu regionda özünün geosiyasi mövcudluğunu vurğulayaraq Azərbaycana öz təsirini möhkəmlədə bildi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: