Konstantin Kosaçov: Ermənistan üçtərəfli sazişə görə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu göstərməlidir

A- A A+

Dağlıq Qarabağda münaqişə zonasında Rusiyanın sülhməramlı missiyası o zaman səmərəli olacaq ki, Ermənistan da Azərbaycan kimi öz üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırlığını nümayiş etdirsin.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə RF Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov bəyan edib.

K.Kosaçov deyib: “Azərbaycan dayanmağa və rusiyalı sülhməramlıların xidmətindən istifadə etməyə razılıq verib. Ermənistan, hər halda Ermənistanın birinci şəxsləri, buna razılıq veriblər. Bu günə olan vəziyyətə görə, biz hələ əmin olmalıyıq ki, bu razılıq heç olmasa nisbi ictimai razılıqla, ictimai konsensusla müşayiət olunur. Ermənistan üçtərəfli sazişə görə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu göstərməlidir. Yalnız o zaman rusiyalı sülhməramlıların regionda mövcudluğu səmərəli nəticə verər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: