Seyran Ohanyan döyüşlərin başa çatmasına üç gün qalmış qaçıb

A- A A+

Ermənistanın sabiq müdafiə naziri, son günlərdə Şuşada davam edən döyüşlərdə iştirak etmiş Seyran Ohanyan ölkədən qaçıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, onun Almaniyaya qaçdığı deyilir.

Şuşada S.Ohanyanla döyüşlərdə iştirak etmiş Titan Asatryan öz "Facebook" səhifəsində yazıb ki, Seyran Ohanyan döyüşlərin başa çatmasına üç gün qalmış qaçıb.

Xatırladaq ki, ötən həftə onun bir neçə gün əvvəl yaralandığı barədə məlumatlar daxil olmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: