Mustafa Kamal Atatürk Naxçıvanda anıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, noyabrın 10-da Türkiyənin Naxçıvandakı baş Konsulluğu tərəfindən türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün vəfatının 82-ci ildönümü münasibətilə Böyük Öndərin xatirəsi yad edilib,  Naxçıvan şəhərində ucaldılan büstü ziyarət olunub.

Mustafa Kamal Atatürkün və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz büstün önünə çələng qoyub.

Anım mərasimində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındaki hərbi ataşşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türk iş adamları və türkiyəli tələbələr abidə önünə gül dəstələri qoyaraq, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Mahmud Hüseynov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: