Biz yüksək səviyyədə silahlanmış Azərbaycan ordusuna qarşı mübarizə aparırdıq - Ermənistan müdafiə naziri

A- A A+

Qarabağ müharibəsini başa çatdırmaq barədə razılaşmanın Ermənistan üçün xəyanət kimi qiymətləndirilməsi təhqiredicidir.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

O bildirib ki, Ermənistan ordusu və Müdafiə Nazirliyinin bütün sistemi uğur qazanmaq üçün əlindən gələni edib.

Nazir əlavə edib ki, Ermənistanın silah və texnika tədarükü ilə tam blokadası şəraitində mübarizə apardığı geosiyasi vəziyyət yaranıb.

“Biz çox böyük bir qüvvəyə - yüksək səviyyədə silahlanmış Azərbaycan ordusuna qarşı mübarizə aparırdıq. Məndən soruşa bilərsiniz ki, biz niyə silahlanmadıq. Biz də silahlı idik, ancaq say və resurslar baxımından qüvvələr qeyri-mütənasib idi”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: