Qazaxıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanatından bəhs olunub - FOTOLAR

A- A A+

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağda davam edən döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanat Qazaxıstan KİV-lərinin də diqqət mərkəzindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “tengrinews.kz”, “inbusiness.kz”, “kaztag.kz”, “azattyq-ruhy.kz” saytlarının və digər kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-da imzaladığı birgə bəyanatı haqqında məqalə dərc edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı xalqa müraciət etməsi də qeyd olunub.

Eyni zamanda, bildirilir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək.

Materiallarda Azərbaycan Prezidentinin çıxışından sitat da gətirilib: “Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzun münaqişələrdən biridir və bu gün sona çatmaqda olan münaqişə tarixi hadisədir, ilk növbədə Azərbaycan xalqı üçün çoxillik işğaldan azad olunur”.

Həmçinin bu bəyanatın ardınca Ermənistanda iğtişaşların başlaması, etirazçıların hökumət və parlament binalarını ələ keçirməsi, baş nazir N.Paşinyanın istefasının tələb olunduğu diqqətə çatdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: