Yerevanda etiraz aksiyası keçirilir - FOTOLAR
Ermənistanın paytaxtı Yerevanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz aksiyasının qarşısı polis tərəfindən alınıb.
Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.
Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.
Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəfli bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.