Ermənistan Baş qərargah rəisi: Qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi

A- A A+

Baş nazir Nikol Paşinyan üçtərəfli bəyanatı həm də mənim təklifimlə imzaladı.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan deyib.

O bildirib ki, Qarabağda münaqişənin dayandırılması ilə bağlı qərar zərurət nəticəsində verilib:

“Bu qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi. Bunu birmənalı qəbul etmək və başa düşmək lazımdır. Mən bu qərarı düzgün hesab edirəm. Bizim üçün acı həqiqət olsa da, qərar mövcud vəziyyətə uyğun verilib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: