Ermənistanda Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 129 nəfər saxlanılıb

A- A A+

İrəvanda keçirilən etiraz aksiyasında 129 nəfər saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “RİA Novosti” Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, saat 14.30-a olan məlumata əsasən, Azadlıq meydanında keçirilən etiraz aksiyasında saxlanılan 129 nəfər polis şöbələrinə aparılıb.

Qeyd edək ki, bu gün paytaxt İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: