ATƏT PA-nın sədri: Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanat mühüm əhəmiyyət kəsb edir

A- A A+

Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəyanatın imzalanması münaqişə bölgəsində mülki şəxslərin də həyatını qoruyacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

Müharibə zamanı həlak olanlarla əlaqədar başsağlığı verən ATƏT PA-nın sədri tərəfləri meyitlərin, hərbi əsirlərin mübadiləsinə dərhal başlamağa çağırıb.

Onun sözlərinə görə, dayanıqlı sülhə aparan yol bəzən müharibədən daha çətin olur.

“Məcburi köçkünlər və qaçqınların təhlükəsiz qayıtmasını təmin etmək, münaqişənin hərtərəfli həllinə nail olmağa və birgə gələcək qurmaq üçün bütün tərəfləri sülh danışıqlarına sadiqliklərini təsdiqləməyə çağırıram”, – deyə G.Tsereteli vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: