Ukrayna Qarabağda atəşkəsi alqışlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

A- A A+

Ukrayna Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan ilə Ermənistan arasında atəşkəs barədə razılaşma əldə edilməsini alqışlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.

Ukrayna XİN-də qeyd ediblər ki, atəşkəsdən sonra növbəti addım regionda sabitliyin və həyat fəaliyyətinin bərpası olmalıdır. Münaqişənin tam nizamlanmasına nail olmaq üçün beynəlxalq səylər davam etdirilməlidir.

Nazirlikdə bildiriblər: “Ukrayna Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü daim və qeyd-şərtsiz dəstəkləyir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: