Özbəkistan portalları Azərbaycan ordusunun qələbəsindən yazır - FOTOLAR

A- A A+

Özbəkistanın “human.uz” xəbər portalı amerikalı politoloq, Avropa siyasəti üzrə ekspert Piter Teysin Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə bağlı yazısını verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, politoloq deyib: “Ermənistanın faşist silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması İkinci Dünya müharibəsindən sonra Avropanın tarixində sülhün və sabitliyin təmin olunması yolunda mühüm hadisədir”.

O qeyd edib ki, bu gün ədalət, azadlıq və insan hüquqları Azərbaycan xalqının xeyrinə işləyir. Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan anlaşma Azərbaycan xalqının tarixində mühüm hadisədir. Onun fikrincə, bu, 30 il ərzində Ermənistan rəhbərlərini beynəlxalq hüquq normalarına əməl etməyə məcbur etmək üçün ilk real siyasi cəhddir.

Piter Teys daha sonra bildirib: “Mən Azərbaycan Prezidentinin bu tarixi qələbəsini alqışlayıram. Azərbaycanın xarici siyasət xəttindəki uğurları sevindiricidir”.

“daryo.uz” portalı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanatı haqqında məlumat verir və bunu Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti kimi xarakterizə edir.

Yazıda vurğulanır ki, Ermənistan bu il noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytaracaq.

Portal yazır ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqə üçün 5 kilometr enində Laçın dəhlizi yaradılacaq və dəhlizə Rusiya sülhməramlı kontingenti nəzarət edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: