Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi Türkiyə kütləvi informasiya vasitələrinin (KİV) ən aktual mövzusu olaraq qalmaqdadır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyevin bu münasibətlə Azərbaycan xalqına müjdəli müraciət edərkən səsləndirdiyi fikirlər KİV-lərin manşet başlıqlarına çevrilib.
Media yazır ki, “Azərbaycanın Dağlıq Qarabağdakı zəfəri Prezident İlham Əliyevin “Nə oldu Paşinyan” sözləri ilə yaddaşlara həkk olunub”.