“Almasryalyoum” nəşri Prezident İlham Əliyevin müalicə olunan hərbçilərlə görüşünü işıqlandırıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misirin “Almasryalyoum” nəşrinin saytında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü haqqında geniş xəbər yayılıb.

Yayılan xəbərdə Azərbaycan Prezidentinin görüşdəki çıxışından sitatlar verilib. Qeyd olunub ki, dövlətimizin başçısı müharibənin başa çatdığını, ölkədə yeni həyatın başlayacağını, şəhid ailələri və yaralılara qayğı göstəriləcəyini vurğulayıb.

Xəbərdə vurğulanıb ki, cəbhədə yaralanan baş leytenant Mail Əsgərov döyüş meydanında olan əsgərlərin Müzəffər Ali Baş Komandana böyük inamının Qələbənin qazanılmasında mühüm rol oynadığını söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: