Milli Məclisin iclasında çıxış edən şuşalı qız: Mən evimizə qayıdıram, bizim ailəmiz babalarımın evinə qayıdır

A- A A+

Mən Şuşadanam, artıq azad Şuşadan, azad Qarabağdanam. Bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdim Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. Bilirsiniz bu necə hissdir? Bəli, artıq hamımız bilirik. Bütün dünya bilir. Bilir ki, işğala son qoyuldu. Bilir ki, Azərbaycan əsgəri, Azərbaycan xalqı öz torpağına sahib çıxdı, qanı və canı bahasına. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında çıxış edən şuşalı gənc qız Əsra Məmmədli deyib.

Əsra Məmmədli bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli Azərbaycan Ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşada dalğalanır. Artıq Şuşa məscidində azan səslənir. Bayrağımız Zəngilanda, Cəbrayılda, Qubadlıda, Füzulidə və azad olunmuş bütün torpaqlarda dalğalanır.

“Mən artıq qaçqın deyiləm, mən köçkün deyiləm. Mən evimizə qayıdıram, bizim ailəmiz babalarımın evinə qayıdır. Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir. Çünki Qarabağ Azərbaycandır!”, - deyə Əsra Məmmədli qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: