Bundestaqın deputatı: Bir ölkənin ərazisinin başqa ölkə tərəfindən hərbi işğalı beynəlxalq hüquqa ziddir

A- A A+

Almaniya Bundestaqının Solçular fraksiyasının deputatı, ATƏT Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin üzvü, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Helin Evrim Zommer Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanat verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, deputat Ermənistan ilə Azərbaycan arasında imzalanan atəşkəs razılaşmasını alqışlayıb, bunun regiondakı insanlar üçün yaxşı xəbər olduğunu və döyüşlərin getdiyi bölgədə humanitar fəlakətin qarşısını aldığını bildirib.

Deputat, eyni zamanda, Dağlıq Qarabağ uğrunda müharibənin münaqişələrin dondurulmasının kifayət etmədiyi dərsini verdiyini, problemlərin həlli üçün fəal sülh siyasətinə ehtiyacın olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, başqa dövlətin ərazisinin hərbi işğallı və birtərəfli ayrılmalar beynəlxalq hüquqa ziddir və sülhə maneədir.

Helin Evrim Zommer qeyd edib ki, AFR hökuməti Minsk qrupunun üzvü kimi passivlikdən əl çəkməli, Ermənistan ilə Azərbaycan arasında sülh prosesi üçün fəal çalışmalıdır. Üçüncü dövlətlər ATƏT kimi sülh diplomatiyasının əsaslarından faydalanmalı və sülh prosesində fəal şəkildə iştirak etməlidirlər. Bu mənada, AFR hökuməti də Minsk qrupu çərçivəsində öz məsuliyyətinə uyğun davranmalı və iştirakçı dövlətləri sülh prosesində dəstəkləməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: