Dmitri Peskov: Rusiya və Türkiyə liderləri Qarabağa dair birgə bəyanat hazırlanarkən əlaqə saxlayıblar

A- A A+

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mütəmadi dialoq saxlayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə məlumat verib.

O deyib: “Müəyyən fikir ayrılıqları yarandıqda prezidentlərin münasibətləri bizə imkan verir ki, bəzi regional problemlərin həllinə şərait yaratmaq üçün zəruri hallarda səylərimizi birləşdirək”.

Kremlin rəsmi nümayəndəsi daha sonra qeyd edib ki, Rusiya və Türkiyə liderləri Qarabağa dair birgə bəyanat hazırlanarkən əlaqə saxlayıblar, o cümlədən Azərbaycan ərazisində Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması barədə razılıq əldə edilib.

D.Peskovun sözlərinə görə, Rusiya ilə Türkiyənin maraqları çox cəhətdən üst-üstə düşür. Hər iki ölkə makroregionda sabitlik və müəyyənlik tərəfdarıdırlar. Rusiya və Türkiyənin ticari-iqtisadi əməkdaşlıq, investisiya sahəsində tərəfdaşlıq baxımından ortaq maraqları çoxdur. Onların qarşılıqlı fəaliyyəti həm Moskvanın, həm də Ankaranın mənafeyinə uyğundur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: