Naxçıvan şəhidlərini son mənzilə yola saldı - VİDEO

A- A A+

Azərbaycan Ordusu sentyabrın 27-də ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda böyük mübarizəyə başladı. Vətən müharibəsi 44 gün sonra, noyabrın 10-da BÖYÜK və TARİXİ ZƏFƏRLƏ başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Bu elə bir zəfər oldu ki, bütün dünya Azərbaycan Ordusunun gücündən, qəhrəman oğullarımızın rəşadətindən danışır. Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri düşmənin qarşısında sipər oldu, şəhidlərimizin qanı bahasına düşməni diz çökdürdü. Bu gün BÖYÜK QƏLƏBƏNİ xalqımız şəhidlərimizin xatirəsinə dərin ehtiram və minnətdarlıqla qeyd edir. Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth edən həmyerlilərimiz generallara layiq izdihamla qarşılanıb son mənzilə yola salındılar.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb.

Qurbanov Xansu Elsevər oğlu Naxçıvan şəhərində, İbrahimov Ruzi Əliağa oğlu, İsmayılov Əmrah Xudaverdi oğlu Şərur Şəhidlər Xiyabanında, Novruzlu Ümid Bahadur oğlu Babək şəhərində, İbrahimov Ayaz Sultan oğlu Babək rayonunun Məmmədrzadizə kəndində, Məmmədəliyev Saday Rza oğlu Ordubad rayonundakı Darkənddə, Dünyamalıyev Ceyhun Zeynal oğlu Culfa şəhərində, Babayev Şamil Baloğlan oğlu Culfa rayon Camaldın kəndində, Yüzbaşıyev İsmayıl Fəzail oğlu Kəngərli rayonunun Böyükdüz kəndində, İbrahimov Qurban Namiq oğlu Kəngərli rayonunun Qabıllı kəndində, Tağıyev Azər Kamil oğlu Kəngərli rayonunun Şahtaxtı kəndində, Məmmədov Kəmaləddin İsrail oğlu, Əsgərov Təbriz Çapay oğlu, Mirzəyev Aslan Məqsud oğlu Kəngərli rayonunun Xok kəndində son mənzilə yola salınıblar.

Nurlana Əhmədova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: