Ermənistan 2 mindən çox hərbçinin həlak olduğunu açıqlayıb

A- A A+

Ermənistan Qarabağdakı döyüşlər zamanı azı 2 317 hərbçi itirdiyini təsdiq edib.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, bu günədək 2 317 hərbçinin ekspertizası həyata keçirilib, onların arasında şəxsiyyəti müəyyənləşdirilməyənlər də var.

Bu rəqəmin artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək Ermənistan 1 382 hərbçinin həlak olduğunu elan etmişdi. Lakin Ermənistan Müdafiə Nazirliyi real vəziyyəti ictimaiyyətdən gizlətməyə çalışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: