Misir portalı: Ermənilər tərk etdikləri ərazilərdə evləri və meşələri yandırır

A- A A+

Misirin “Nile1” informasiya portalı ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda tərk etdikləri evləri və meşələri yandırmasından bəhs edən xəbər yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BBC telekanalının reportajına istinadla yayılan xəbərdə ermənilərin aparılması mümkün olan hər şeyi özləri ilə götürdükləri, hətta pəncərə çərçivələrini, unitazları belə apardıqları, Kəlbəcərdə meşələri və evləri yandırmaqla daha çox ziyan vurmaq istədikləri qeyd olunub.

Xəbərdə, həmçinin Ermənistanın işğal etdiyi və hazırda azad edilmiş ərazilərdə vurduğu böyük ziyanın hesablandığı və onun ödənilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görüləcəyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: