Almaniyanın “Zeit Online” portalı Azərbaycanın Qarabağ müharibəsində Qələbəsindən yazıb

A- A A+

Almaniyanın “Zeit Online” xəbər portalında Azərbaycanın Qarabağ müharibəsində Qələbəsinə dair məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanın Qarabağ müharibəsində parlaq qələbə qazandığı vurğulanır. Qeyd edilir ki, Ermənistan son illərdə ordusunu xeyli müasirləşdirən Azərbaycanın hərbi üstünlüyü qarşısında tab gətirə bilmədi.

Diqqətə çatdırılıb ki, Qarabağ 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycan Ordusu işğal altındakı şəhər və rayonları, o cümlədən tarixi Şuşanı azad edib.

Müəllif vurğulayıb ki, əldə edilən atəşkəs razılaşması Paşinyan hakimiyyətinin taleyini təhlükə altına qoya bilər. Belə ki, ermənilər Paşinyanı əraziləri itirən şəxs və ölkənin suverenliyini riskə atan xəyanətkar kimi görürlər. Razılaşmanın imzalanmasından sonra etirazçılar İrəvandakı parlament binasına hücum ediblər.

Məqalədə, həmçinin üçtərəfli atəşkəs razılaşmanın təfərrüatları barədə məlumat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: