Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını söküb aparırlar - VİDEO

A- A A+

Kəlbəcər rayonunu tərk edən ermənilər növbəti vəhşiliyə əl atır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, işğal dövründə Kəlbəcərə köçürülən ermənilər evləri və ərazidəki meşə zolaqlarını yandırmaqla yanaşı, tarixi abidələrə də təcavüz edir. Ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastrını sökməyə başlayıb. Onlar monastrda qədim əşyaları, əsərləri və digər qiymətli əşyaları Ermənistana daşımağa başlayıblar.

Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər monastrdakı zəngləri, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparırlar.

Həmin görüntüləri təqdim edirik:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: