Pakistanın Baş naziri: Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir

A- A A+

Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində jurnalist ondan “Azərbaycanda hər yerdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları dalğalanması, Azərbaycanın Qələbə qazanması, dost ölkənin çətin mübarizə nəticəsində öz torpaqlarını erməni işğalından azad etməsi” məsələsinə münasibət bildirməsini istəyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş naziri İmran Xan jurnalistə cavabında bildirib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Dağlıq Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: