“Deutschlandfunk.de” portalı Kəlbəcərdəki evlərin ermənilər tərəfindən yandırılmasından yazıb

A- A A+

Almaniyanın “deutschlandfunk.de” internet portalında “Ermənilər Azərbaycana təhvil verməzdən əvvəl evlərə od vururlar” adlı məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs razılaşmasına görə Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Bu səbəbdən Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər tərk etdikləri evləri azərbaycanlılara qalmaması üçün yandırırlar.

Məqalədə qeyd olunur ki, Rusiya vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən müharibə zamanı öldürülən əsgərlərin nəşlərinin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub və ilk mübadilə noyabrın 14-də baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: