Erməni general-mayor: Fərarilik o qədər çox olub ki, hamıya Ermənistan həbsxanalarında yer çatmayacaq

A- A A+

Ön cəbhədən fərarilik o qədər çox olub ki, hamıya Ermənistan həbsxanalarında yer çatmayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq hərbi komissarı, general-mayor Levon Stepanyan deyib.

Onun sözlərinə görə, özünün hərbi komissar işlədiyi 90-cı illərdə fərarilik halları ciddi cəzalandırılırdı:

“İndi isə əsgərlər nüfuzlu yaxınlarının köməyi ilə xidmətdən yayınır. Təkcə bu fərariləri deyil, həm də onlara kömək edənləri məsuliyyətə cəlb etmək lazımdır. Amma bu qədər fərarini yerləşdirmək üçün həbsxanalarda yer qalmayacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: