Beynəlxalq Qırmız Xaç Komitəsi Qarabağda əsirlərin dəyişdirilməsinə kömək etməyə hazırdır

A- A A+

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağ münaqişəsinin tərəfləri arasında əsirlərin dəyişdirilməsinə kömək etməyə hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qurumun prezidenti Peter Maurer bunu “RİA Novosti”yə müsahibəsində bildirib.

P.Maurer qeyd edib ki, hər hansı beynəlxalq silahlı münaqişədə BQXK-nın əsas vəzifəsi əsirlərin dəyişdirilməsinə kömək etməkdir. O deyib: “Hərbi əsirlər və saxlanılan şəxslər barədə məlumatlar BQXK-ya çatdırılmalı və komitə həmin şəxslərə baş çəkmək imkanına malik olmalıdır”.

BQXK rəhbərinin sözlərinə görə, onun təmsil etdiyi təşkilat əsirlərin əsas ehtiyaclarının ödənilməsini, habelə onların saxlanması şəraitinin beynəlxalq standartlara müvafiqliyini təmin etmək məqsədilə münaqişə tərəfləri ilə iş aparır. O deyib: “Ümidvarıq ki, bu iş nəticəsində yaranacaq şəraitdə tərəflər gələcəkdə danışıqlar aparacaq və əsirlərin dəyişdirilməsi barədə razılığa gələ biləcəklər”.

Xatırladaq ki, bu gün Peter Maurer Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Həmin görüşdə Qarabağda vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: