Ermənistanın müdafiə naziri istefa verəcək - Erməni KİV

A- A A+

Qarabağda ağır məğlubiyyətdən sonra Ermənistanda siyasi çalxalanma davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkədə müdafiə naziri David Tonoyanın vəzifədən azad ediləcəyi gözlənilir.

D.Tonoyanın işindən narazılıq hakim "Mənim addımım" partiyası daxilində də müşahidə olunur. Belə ki, partiyanın üzvü Andranik Koçaryan brifinq zamanı nazirin nəyə görə istefa vermədiyini başa düşmədiyini açıqlayıb.

Xatırladaq ki, ötən gün xarici işlər naziri Zohrab Mnatsakanyan istefa vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: