“Gomhuriyya” qəzeti: Qarabağda infrastrukturu məhv edən Ermənistan məsuliyyətə cəlb ediləcək

A- A A+

Misirin “Gomhuriyya” qəzetinin saytı “Azərbaycan Prezidenti Qarabağda infrastrukturu məhv edən Ermənistanın məsuliyyətə cəlb ediləcəyini bildirib” sərlövhəli xəbər yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazıda Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə infrastrukturu məhv edən Ermənistanın beynəlxalq məhkəmə instansiyaları vasitəsilə məsuliyyətə cəlb olunacağı barədə fikirləri yer alıb. Qeyd olunub ki, Cəbrayıl şəhərini ziyarət edən dövlət başçısı burada mülki binaların hamısının dağıdıldığını deyib.

Xəbərdə vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanın 30 il ərzində mülki obyektlərə vurduğu bütün ziyanın beynəlxalq institutlar və ekspertlərin iştirakı ilə müəyyənləşdiriləcəyi və təzminat ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: