Naməlum şəxslər Artsrun Ovannisyana hücum edib

A- A A+

Ermənistan Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Artsrun Ovannisyana naməlum şəxslər hücum edib.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə A.Ovannisyan öz “Facebook” səhifəsində deyib.

Onun sözlərinə noyabrın 9-dan başlayaraq ünvanına müxtəlif təhdidlər alıb. Ötən gecə isə iki nəfər ona hücum edib.

A.Ovannisyan bildirib ki, təhdidlər davam etdiyi üçün polisə müraciət edib.

Qeyd edək ki, Artsrun Ovannisyan Qarabağda münaqişə davam edərkən gündəlik brifinqlər zamanı Ermənistan ordusunun “uğurları” barədə məlumatlar verirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: