“Almasryalyoum”: Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunda müharibənin yekunundan bəhs edib

A- A A+

Misirin “Almasryalyoum” qəzetinin saytında “Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunda müharibənin yekunundan bəhs edib” sərlövhəli material yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazıda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qəhrəman Ordumuzun bir gündə 70-dən çox yaşayış məntəqəsini işğaldan azad etməsi, Şuşanın alınmasından sonra Ermənistanın faktiki olaraq kapitulyasiya aktını imzalaması, Füzuli-Şuşa avtomobil yolunun çəkilməsi barədə fikirləri yer alıb.

Qəzetin materialında qeyd olunub ki, Azərbaycan Prezidenti hazırda münaqişənin siyasi mərhələsinin getdiyini, bu mərhələdə ölkəmizin istədiyinə nail olduğu və olacağını bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: