Ermənistan parlamentinin deputatları hələ müharibədən əvvəl “Su-30 SM” qırıcılarının döyüş hazırlığı məsələsini müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Gevork Qorgisyan deyib.
O bildirib ki, o zaman deputatları həmin təyyarələr üçün raketlərin niyə alınmaması məsələsi maraqlandırmışdı.
Komissiyanın iclasında iştirak edən Müdafiə Nazirliyinin nümayəndələri yaxın zamanlarda qırıcılar üçün raketlərin alınmasının nəzərdə tutulduğunu demişdi.