Füzulidə kustar üsulla hazırlanmış raket atan aşkar edilib

A- A A+

Füzulinin kəndlərinin birində kustar üsulla hazırlanmış raket atan aşkar edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, ermənilər bu cür silah vasitəsilə sıx məskunlaşmış ərazilərə raket atıb:

"Biz Füzulinin azad edilmiş kəndlərindəyik. Bu kustar üsulla hazırlanmış, səliqəsiz raketatan ermənilər tərəfindən sıx məskunlaşmış ərazilərə qarşı istifadə olunub. Bu cür kustar sistemlər əsasən Suriyada istifadə edilir. Ermənilər Yaxın Şərqdən muzdluları cəlb edib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: