Naxçıvandan İkinci Qarabağ döyüşlərində iştirak edən hərbçilər Şuşadan yaylım atəşi ilə yola salınıb - VİDEO

A- A A+

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər… Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

Bəli, Naxçıvan döyüşçüləri qətiyyətli mübarizəni davam etdirərək Şuşaya qədər şöhrətli döyüş yolu keçib, digər şəhər və rayonlarımız kimi, Qarabağın, o cümlədən Şuşanın azad edilməsində müstəsna xidmətlər göstəriblər.

Polkovnik Tehran Məhsimovun rəhbərliyi ilə döyüşlərə qatılan  Xüsusi Təyinatlı Qüvvələrin qəhrəman əsgərləri artıq Şuşadan ayrılaraq Naxçıvana yola düşüblər.

Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.

NUHÇIXAN İnformasiya Agentliyi həmin görüntüləri təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: