Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Movses Akopyanın Dağlıq Qarabağda döyüş əməliyyatlarından uzaqlaşdırılmasının səbəbi məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, general baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla mübahisə etdiyinə görə kənarlaşdırılıb.
Qeyd olunur ki, Anna Akopyan Qarabağ separatçılarının qərargahında olarkən general M.Akopyan ona irad tutub.
Bundan sonra general işindən uzaqlaşdırılıb və dərhal Yerevana çağırılıb.