Xocalı soyqırımının qatillərindən olan erməni general ölüb

A- A A+

Erməni general, Ermənistan parlamentinin sabiq deputatı Manvel Qriqoryan ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Qeyd olunub ki, M.Qriqoryan oktyabrın 7-dən Dağlıq Qarabağ münaqişə zonasında olub. Oktyabrın 20-də onun vəziyyətinin kəskin pisləşdiyi və Ermənistanda xəstəxanaya aparıldığı deyilib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Manvel Qriqoryan birinci Qarabağ müharibəsində Cəbrayıl və Füzulini işğal etmiş 5-ci briqadanın komandiri olub. O, Füzuli rayonunun dağıdılmasında iştirak edib və hərbi əsirlərlə xüsusi amansız davranışı ilə seçilib. O, həmçinin Xocalı soyqırımının iştirakçısı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: