Avropa çempionatı: Cüdoçumuz yarımfinala yüksəlib

A- A A+

Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Almaniya təmsilçisi Sebastian Seydli məğlub edib.

Cüdoçu daha əvvəl Manuel Lombardo (İtaliya) və Matey Polyakı (Slovakiya) mübarizədən kənarlaşdırıb.

Bu gün mübarizəyə qoşulan Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) yarışla erkən vidalaşıblar.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: