Movses Akopyan: “Naxçıvan istiqamətində azərbaycanlılar 6 kilometr irəlilədi”

A- A A+

Erməni general Movses Akopyan şok açıqlamalar verib.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, Akopyan 2018-ci ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu “Günnüt əməliyyatı” barədə danışıb.

“2018-ci ilin aprel-may aylarında Naxçıvanla həmsərhəd Zanqakatun və Areni kəndləri istiqamətində bir çox ərazilər itirilmişdi. Ayrı-ayrı istiqamətlərdə azərbaycanlılar 6 kilometr irəliləmişdi. 

Bu amilləri nəzərə alaraq, həmin istiqamətdə korpus komandiri olmuş Artak Davtyanın Baş Qərargah rəisi təyin olunmasına qarşı çıxdım".

Qeyd edək ki, 2018-ci ilin Günnüt əməliyyatında Naxçıvan ordusu Şərurun Günnüt kəndi də daxil olmaqla 11 min hektardan artıq ərazini işğaldan azad etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: