Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistan "İsgəndər" operativ-taktiki raket kompleksini tətbiq edib.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi və ötən gün vəzifəsindən istefa vermiş baş hərbi müfəttiş, general Movses Akopyan deyib.
Brifinq zamanı jurnalistlərin suallarını cavablandıran M.Akopyan bəzi faktları etirafı edib:
"İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm".
Qeyd edək ki, Ermənistan rəhbərliyi münaqişə dövründə "İsgəndər" raketlərinin atılmadığını deyirdi.