Milli Məclis Xocalının Quşçubaba kəndinin Baharlı, Xocavəndin Tsakuri kəndinin isə Hünərli adlandırılmasına dair qanun layihələrini təsdiqləyib

A- A A+

Milli Məclis Xocalı rayonunun Quşçubaba kəndinin bundan sonra Baharlı, Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması ilə bağlı qanun layihələrini təsdiq edib.

Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndi bundan sonra Baharlı adlandırılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclisin noyabrın 20-də keçirilən iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

Hər iki qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: