Ukrayna KİV-ləri Ağdam rayonunun işğaldan azad olunmasına dair xəbərlər yayıb - FOTOLAR

A- A A+

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Ağdam rayonunun işğaldan azad olunmasına dair xəbərləri geniş işıqlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrinform, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Ağdam rayonuna daxil olması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Yazılarda vurğulanır ki, 30 ilə yaxın müddətdə Ağdam rayonu Ermənistanın nəzarətində idi. Bildirilir ki, ermənilər Ağdamı tərk edərkən evləri, məktəbləri, xəstəxanaları yandırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: