Argentinanın “Clarin” nəşri: Azərbaycan Ordusu Ağdama daxil olub

A- A A+

Argentinanın “Clarin” gündəlik qəzetinin saytında “Azərbaycan Ordusu Qarabağ üzrə razılaşma çərçivəsində Ağdama daxil olub” sərlövhəli material dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Argentina nəşri döyüş əməliyyatlarının dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaya müvafiq olaraq, Azərbaycan Ordusunun bu gün Ağdam rayonuna daxil olmasını diqqətə çatdırır.

Qəzet bildirir ki, Ağdam 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsindən sonra erməni qüvvələrinin nəzarəti altında qalan Dağlıq Qarabağla həmsərhəd rayonlardan biridir. Bu işğal nəticəsində Ağdamın 120 min sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Argentina nəşri diqqətə çatdırır ki, bundan əvvəl Azərbaycanın hakimiyyət orqanları erməni qoşunlarının Kəlbəcər rayonundan çıxarılması tarixinin 10 gün uzadılmasına razılıq verib, indi həmin tarix noyabrın 25-nə müəyyən edilib.

Qəzetdə, həmçinin qeyd edilir ki, 44 günlük müharibə Ermənistan cəmiyyətində ciddi siyasi böhran əmələ gətirib. Artıq 10 gündür ki, hökumətə qarşı keçirilən etiraz aksiyalarında hökumətin istefası tələb edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: