"Erməni “cəngavər”ləri döyüş meydanından dovşan kimi qaçırdılar" - Rusiyalı politoloq

392

“Azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdışı gələn ildən başlaya bilər”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.

“Azərbaycan iqtisadiyyatı xeyli güclüdür, üstəlik, xaricdən də böyük sərmayələr gələcəyini düşünürəm. O cümlədən qardaş ölkələr - Türkiyə və Rusiya da sərmayə yardımı edəcəklər. Türkiyənin nəhəng inşaat sektorunu da nəzərə alsaq, azad olunan rayonların tezliklə iqtisadi artımın mərkəzinə çevriləcəyini deyə bilərik”, - deyən rusiyalı ekspert Qarabağdan köçüb gedən ermənilərin evlərini yandırmasına, meşələri qırmasına da münasibət bildirib: “Azərbaycan ermənilərin bu vəhşiliyini dayandırmaq üçün həyəcan təbili çalmalıdır. Beynəlxalq təşkilatların da bu barədə sözlərini deyərək Ermənistan hökumətindən dərhal təsirli tədbirlər görməsini tələb etmələri üçün addımlar atılmalıdır”.

Ağdam rayonunun Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda baş qaldıran etirazlara toxunan rusiyalı politoloq qeyd edib: “Bu mitinqlər əsasən Ermənistanın müharibəni uduzması ilə bağlıdır. Onlar elə bilirdilər ki, azərbaycanlılar alverçi, ermənilər isə igid cəngavərdir. Amma həmin “igid cəngavərlər” döyüş meydanından dovşan kimi qaçırdılar. Odur ki, Ermənistan ictimaiyyəti şokdadır. Təbii ki, belə şeyi qəbul etmək çox çətindir, amma gec-tez bunu qəbul etməli olacaqlar”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: